Ağlayan körpəni necə susdurmalı?


Digərləri 20 Mar 2018 14:20:00 221 0

Ağlayan körpəni necə susdurmalı?

Körpənizin qarnı tox, altı təmiz və hər hansı bir yerinin ağrımamasından əminsiniz, ancaq ağlamasının qarşını heç cürə ala bilmirsiniz?

Son.az lent.az-a istinadən körpənizin başını qatıb ağlamasını dayandıra bilmək üçün analara bəzi məsləhətlər verir.                        

• Duşu açıb körpənizlə birlikdə suyun səsini dinləyin. Axan suyun səsini dinləmək onu sakitləşdirəcək.                                                                                     

• Körpənizi arxası üstə uzadıb qarnını yağla masaj edin.                                            

• Ona mahnı oxuyun.                                                                                            

• Bağçanız varsa, həyətə çıxarıb çəmənlikdə oynadın.                   

• Onun diqqətini çəkəcək ani bir səs çıxarın. Məsələn, hürün.                                    

• Saçlarını sığallayın.                                                                                            

• Feni işə salın. Fenin səsi və isti havası onu sakitləşdirəcək.