Rusiyada erməniləri daşıyan avtobus qəzaya uğradı


Dünya 20 Mar 2018 14:26:00 226 0

Rusiyada erməniləri daşıyan avtobus qəzaya uğradı

Rusiyanın Voronej vilayətində Ermənistandan olan avtobusun yük maşını ilə toqquşması nəticəsində iki nəfər həlak olub, səkkiz nəfər yaralanıb.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "RİA Novosti" bölgənin fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb.

"M-4 "Don" federal avtoyolunun 673-cü kilometrində İrəvan-Moskva marşrutu ilə hərəkət edən avtobus yük maşını ilə toqquşub. İlkin məlumata görə, on nəfər zərərçəkib, onlardan ikisi dünyasını dəyişib" deyə bəyanatda qeyd olunur.