Sərkisyanın düşməninə hökm oxundu


Dünya 20 Mar 2018 13:44:00 275 0

Sərkisyanın düşməninə hökm oxundu

İrəvan məhkəməsi Təsisçi Parlament Hərəkatının lideri Jirayr Sefilyanı 10,5 il həbs cəzasına məhkum edib.

Son.az axar.az-a istinadən bildirir ki, Sefilyan kütləvi iğtişaşların təşkilində, qanunsuz silah əldə etməkdə, binaların ələ keçirilməsinə hazırlıqda ittiham edilib.

Sefilyanla bərabər həbs edilən Gevork Safaryana 5,6 il, Nerses Poqosyana 3,6 il, Qalust Qriqoryana və Qrayr Topçyana 3 il, Sasunik Kirakosyana 3,6 il, Ovanes Petrosyana isə 2 il həbs cəzası verilib.