Naibə Allahverdiyevanın başına iş gəldi:


Şou-biznes 20 Mar 2018 13:46:00 317 0

Naibə Allahverdiyevanın başına iş gəldi:

Əməkdar artist, tanınmış aktrisa Naibə Allahverdiyeva qatırdan yıxılaraq zədə alıb.

Son.az yenicag.az-a istinadən bildirir ki, aktrisa Şabran rayonunda başına iş gəldiyini deyib:

"Şabranın Xəlifələr kəndinə gəldim ki, bayramı baldızımgildə keçirim. Son vaxtlar əlim aşagı olduğunu, kasıbladığımı baldızıma dedim. O da mənə dedi ki, ağ rəngli eşşəyə minsən, yolun açılacaq, ruzu-bərəkətin artacaq. Ağ eşşək tapıb mindim. Sən demə, bu qatır imiş. Qatır da dəli olur axı. Minməyimlə qatırın məni götürüb aparmağı bir oldu. Qışqırıb haray saldım, köməyə gəldilər, qatır məni çaya atdı. Allah istədi ki, başım daşa dəymədi, amma ciddi zədə aldım. Yəqin gözə gəldim, mənə nəzər tez dəyir".