Evliliklər ilk gecəsindən bəlli olur


Digərləri 20 Mar 2018 13:20:00 201 0

Evliliklər ilk gecəsindən bəlli olur

Yeni evlənən cütlüklərdə evlilik qorxusu ilə yanaşı, ilk toy gecəsi həyəcanı da yaşanır. İlk gecə qadında da, kişidə də fərqli qorxular yaradır. Həmin qorxuların qarşısını necə almalı, nə etməliyik?

Son.az lent.az-a istinadən bildirir ki, ilk gecə ilə bağlı bəzi şeylər həm qadının, həm də kişinin narahatlığına səbəb olur. Qadın üçün ilk cinsi əlaqədə çox ağrı hiss etmək, çox qanama olmağı, ya da heç qanama olmaması - bəkarətin sübutu kimi, kişilərdə isə sürətli ereksiya, yaxud əksinə, ereksiyanın baş tutmaması, yoldaşının cinsi ehtiyacını ödəyə bilməmək, penisin ölçüsü ilə bağlı bəzi sıxıntılar ön plandadır.

Səhv inanclardan qurtulmağın yolu

Səhv inancları dəyişdirmək və cütlükləri sakitləşdirmək olduqca çətindir. Məlumatsızlıq və qorxu ilə yaşanılan ilk cinsi əlaqə cütlüklərin bir-birinə olan sevgi və hörmətlərini itirmələrinə və təqsirlilik hissləri ilə bir-birilərindən uzaqlaşmalarına səbəb olur.