Evdəki bütün mikrobları məhv edən lampa yaradılıb VİDEO


Digərləri 20 Mar 2018 13:15:00 274 0

Evdəki bütün mikrobları məhv edən lampa yaradılıb  VİDEO

"Ellumi" lampasının yaradıcıları iddia edirlər ki, yeni lampa otaqdakı mikrob və başqa zərərli orqanizmlərin 99%-ni məhv edəcək. Bu halda sözügedən lampa böyüklər, uşaqlar və heyvanlar üçün təhlükəsizdir. Son.az ICTnews-a istinadən bildirir ki, "Ellumi" lampasında ultrabənövşəyi və kimyəvi maddələrdən istifadə etmədən adi işıq diodlarına əsaslanan "VioSafe" texnologiyası tətbiq edilib. Texnologiya müəyyən dalğa uzunluqlu, insan üçün təhlükəsiz, amma bakteriya, kif, göbələk, mikroblar üçün zərərli olan işıqla işləyir. "Ellumi" lampası dezinfeksiyadan başqa otağı işıqlandırır. Şirkətin nümayəndəsi bildirib ki, bu lampanı istənilən otaqda yerləşdirərək evi mikroblardan qorumaq olar. Görünüşcə adi işıqlandırma elementinə bənzəyən lampanın işləmə müddəti 36 min saat üçün hesablanıb.   Son.az

Videonu izləmək üçün şəklə klikləyin: