Azərbaycanda 11 müəssisə Enerji Məsələlərini Tənzimləmə Agentliyinə


Digərləri 20 Mar 2018 13:03:00 296 0

Azərbaycanda 11 müəssisə Enerji Məsələlərini Tənzimləmə Agentliyinə

Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyinə haqq ödəməli olan müəssisələrin siyahısı təsdiqlənib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu, Energetika Nazirliyinin Kollegiyasının təsdiqlədiyi "Elektrik, istilik enerjisi və qaz təchizatı sahələrində fəaliyyət göstərən müəssisələrin Enerji Məsələlərini Tənzimləmə Agentliyinə ödədikləri haqqın məbləğinin hesablanması və ödənilməsi Qaydası"nda əksini tapıb.

Siyahıya aşağıdakı müəssisələr daxildir:

- "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti.

- "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti (elektrik enerjisinin topdansatış və istehsalçıdan satınalma qiyməti ilə pərakəndə satış qiyməti arasındakı fərq nəticəsində yaranan gəlirdən).

- "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti.

- Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi.

- "Şəki Su Elektrik Stansiyası" Açıq Səhmdar Cəmiyyəti.

- "Çiçəkli SES" Açıq Səhmdar Cəmiyyəti.

- "Azalternativenerji" Məhdud Məsuliyyətli Cəmiyyəti.

- "Təmiz Şəhər" ASC-nin Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu.