Südəmər uşağa su vermək lazımdırmı?


Digərləri 20 Mar 2018 12:20:00 361 0

Südəmər uşağa su vermək lazımdırmı?

Analar bilir ki, körpənin menyusuna əlavə qidalar (sıyıqlar, püre və s.) daxil edildikdən sonra su da daxil edilməlidir. Bəs bundan əvvəl? Ana südü və ya süni süd ilə qidalanan uşağa su vermək lazımdırmı?

Son.az saglamolun.az-a istinadən bildirir ki, uşaqlar əlavə qidalar alana qədər qidanı yalnız maye şəklində alırlar: ya ana südü, ya da onu əvəz edən adaptasiya olunmuş süni qida şəklində. Əksər hallarda bu qidalarda olan mayenin miqdarı uşağın suya olan tələblərini təmin edə bilir və uşaq əlavə olaraq su içmək istəmir. Əsasən bu yalnız ana südü ilə qidalanan uşaqlara aiddir. Süni südlə qidalandırılan körpələrə su vermək lazımdır.Ancaq bəzi hallarda hətta yalnız ana südü ilə qidalanan uşaqda suya tələbat yarana bilər.

Birincisi - əgər uşaq təbii ana südü ilə qidalandırılırsa, ananın südü müəyyən fərdi xüsusiyyətlərə də malik ola bilər, məsələn, nisbətən yağlı və ya şirin ola bilər ki, bunun da nəticəsində uşaqda yanğı hissiyyatı yarana bilər.

İkincisi - havanın temperaturu yüksək olduqda, uşaq tərlədiyi və müəyyən miqdarda su itirdiyi üçün, əlbəttə ki, onda suya olan tələbatı da artmış olacaqdır;

Üçüncüsü - yanğı hissiyyatı, uşağın hərarətinin yüksəlməsi, ishal və ya qəbizliyin olması səbəblərindən də yarana bilər. Ona görə də körpələrə mütləq su içirtmək lazımdır, ancaq onu buna məcbur etmək də olmaz.

Uşaq özünü narahat hiss etdikdə ona əlavə olaraq su da təklif etmək lazımdır (sancılar olduqda uşağa bir qədər su verilərsə, bu, onun qarnındakı ağrıların azalmasına da kömək edir, həmçinin onun narahatlığının səbəbi yanğı hissiyyatı da ola bilər).

Uşağa mayeni aşağıdakı formalarda vermək olar: