Vin-Çun İdman klubu yubileyini qeyd etdi


İdman 20 Mar 2018 12:27:00 288 0

Vin-Çun İdman klubu yubileyini qeyd etdi

Martın 18-də Vin Çun İdman klubunun 10 illik yubileyi və Norvuz bayramına həsr olunmuş tədbir keçirilib. Goal.az xəbər verir ki, tədbirdə klubun prezidenti, Azərbaycan Respublikasının "Əməkdar məşqçisi" Asif Sayadov, vitse-prezidentlər İlqar Mustafayev və Jalə Məmmədova, eləcə də klubun üzvləri olan idmançılar iştirak edib. Tədbirə giriş sözü ilə başlayan Asif Sayadov 10 ildə Vin-Çun İdman klubunun fəaliyyəti barədə danışıb.

"Klubumuz, xüsusilə 2013-cü ildən sürətli inkişafdadır. Azərbaycanda əvvəllər Vin-Çun idman növündən nəinki xəbərdar, onun adını eşidənlər belə yox səviyyəsində idi. Görülən işlər nəticəsində biz artıq federasiyamızı yaratmağın astanasındayıq. Vin-Çun ailəsinin əsas məqsədi ölkəmizdə gənclərin sağlam yetişdirilməsinə xidmət etmək və Azərbaycanın idman ölkəsi kimi imicini xaricdə daha da möhkəmləndirməkdir" - Asif Sayadov qeyd edib. Klubun vitse-prezidentləri də gələcəkdə daha böyük uğurların qazanılacağına əminliyini ifadə edib. Daha sonra tədbir qeyri-rəsmi hissə ilə davam edib.