Bakıda avtobusun vurduğu qadın ölüb


Digərləri 20 Mar 2018 11:57:00 248 0

Bakıda avtobusun vurduğu qadın ölüb

Martın 19-da saat 12 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Bəxtiyar Həmzəliyev idarə etdiyi "İsuzu" markalı xətt avtobusu ilə yolu keçən həmyerlisi Mehriban Ağaverdiyevanı vurub.

Son.az Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, piyada hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.