Hansı səbəbə görə pulsuz balıqlar yeyilmir?


Digərləri 20 Mar 2018 11:40:00 313 0

Hansı səbəbə görə pulsuz balıqlar yeyilmir?

Müqəddəs şəriətimiz pullu balıqların yeyilməsini halal bilir, pulsuzların isə yeyilməsini qadağan edir. Bu barədə əziz müctəhidlərin risalələrində də qeyd olunubdur.

Düzdür, bəzən mömin və möminələr sual verirlər ki, pulsuz balıqların yeyilməməsinin nəqli dəlilləri nədir?

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Baqirə (ə) sual etdilər: "Allahın rəhməti sizin üzərinizə olsun. Bəzən bizə balıq gətirirlər ki, pulu yoxdur". İmam Baqir (ə) cavab olaraq onlara buyurdu: "O balıq ki, pulu var - yeyiniz, o balıq ki, pulu yoxdur - yeməyiniz".

İmam Sadiqdən (ə) nəql edirlər ki, o Həzrət (ə) buyurub: "O balıq ki, pulu yoxdur - yeməyiniz".