"Ronaldo dəfələrlə məndən Çin haqqında soruşurdu"


İdman 20 Mar 2018 11:39:00 280 0

"Ronaldo dəfələrlə məndən Çin haqqında soruşurdu"

"Guangzhou Evergrande"nin sabiq baş məşqçisi Luis Felipe Skolari "Real"ın portuqaliyalı ulduzu Kriştianu Ronaldo ilə Çin barədə söhbət etdiklərini bildirib.

Goal.az xəbər verir ki, təcrübəli mütəxəsis bunları deyib:

"Ronaldo dəfələrlə məndən Çin haqqında soruşurdu. Niyə görə orda oynamasın? Çindəki həyatı ona ətraflı təsvir etmişəm. Ronaldonun şəxsi brendləri, bütöv sənayesi var. Çin isə dünyanın ən böyük ölkəsidir. Ona dedim ki, kimin imkanı varsa, Çinə getməlidir". 

İki ay öncə Çinin "Tianjin Quanjan" klubunun Ronaldoya maraq göstərdiyi barədə xəbərlər yayılmışdı.