Azərbaycanlı qadın Ukraynada insan alveri ittihamı ilə həbs edilib


Sosial 20 Mar 2018 11:19:46 229 0

Azərbaycanlı qadın Ukraynada insan alveri ittihamı ilə həbs edilib

O, qadınları Türkiyə və ərəb ölkələrinə apararaq cinsi istismara məruz qoymaqda ittiham olunur

Türkiyənin Dənizli şəhərində Ukrayna Baş Prokurorluğunun müraciəti əsasında Azərbaycan vətəndaşı həbs olunub. 

"Report"un əldə etdiyi məlumata əsasən, 1980-cı il təvəllüdlü Əminə Məmmədova insan alverində ittiham olunaraq saxlanılıb.

Onun barəsində Kiyev şəhər Peçerskiy rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Ə.Məmmədova Ukraynadan bir çox qadınları Türkiyə və ərəb ölkələrinə apararaq cinsi istismara məruz qoymaqda ittiham olunur.