“Qadın yataq otağına girən kimi, 45 nəfər gəlib məni apardı”


Digərləri 20 Mar 2018 10:59:00 307 0

“Qadın yataq otağına girən kimi, 45 nəfər gəlib məni apardı”

Evində fahişəxana açmaqda təqsirləndirilən Elşad Zamanova qarşı irəli sürülən ittiham sübuta yetirilməyib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Səbail rayonunda yerləşən mənzildə gəlir əldə etmək məqsədi ilə fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil edilməsi barədə E.Zamanova qarşı ittiham irəli sürülüb. Belə ki, 16 dekabr 2016-cı il tarixində saat 19 radələrində Dadaşov Cəlal Ziyafət oğlunun fahişəliklə məşğul olan Səfərova Elnarə Qambay qızı ilə həmin mənzilə gətirib 30 manat pul müqabilində cinsi əlaqədə olması faktı aşkar edilib. E.Zamanov həmin mənzilin sahibi olub.

Onun vəkili Vasif İsrafilov bildirib ki, müvəkkili sadəcə evini kirayə verib və həmin şəxslər də o tarixdə kirayənişin kimi evə baxıblar.