"Real Sociedad"da yeni baş məşqçi


İdman 20 Mar 2018 10:47:00 259 0

"Real Sociedad"da yeni baş məşqçi

İspaniyanın "Real Sociedad" klubunu mövsümün sonunadək məşqçi İmanol Alqvasil çalışdıracaq.

Goal.az xəbər verir ki, bu barədə komandanın rəsmi saytı məlumat yayıb. Qırx altı yaşlı mütəxəssis bütün məşqçi karyerasını "Real Sociedad"da keçirib. O, əvvəlcə klubun gənclər, sonra isə ikinci komandası ilə işləyib.

Ötən gün klub rəhbərliyi Eusebio Sakristanı baş məşqçi postundan kənarlaşdırıb. San-Sebastyan klubu İspaniya çempionatının 29 turundan sonra turnir cədvəlində 15-ci yeri tutur və 18-ci pillədə qərarlaşan "Las-Palmas"ı 12 xal qabaqlayır.