Cəbrayılda türk şəhidin qəbri açıldı və... –


Digərləri 20 Mar 2018 10:11:00 252 0

Cəbrayılda türk şəhidin qəbri açıldı və... –

Azərbaycan xalqının milli-dini-irqi mənsubiyyətinə qarşı əsrlər boyu dözümsüzlük və qatı düşmənçilik göstərən hayların XX əsrin əvvəllərində (xüsusilə, 1905-1920-ci illər ərzində) yeritdikləri qanlı qırğınların, soyqırımın qarşısının alınmasında yerli özünümüdafiə qüvvələri ilə yanaşı Nuru paşanın başçılıq etdiyi 5-ci Qafqaz İslam Ordusunun əsgər və zabit heyətinin xalqımız qarşısında unudulmayacaq dərəcədə böyük xidmətləri olub. Bu müzəffər dəstənin ölkəmizin ərazisinə Naxçıvan, Dərələyəz, Göyçə, Zəngəzur və Qarabağ bölgələrindən daxil olması və paytaxt Bakı şəhərində gavurlar üzərində zəfər bayrağının dalğalandırması qürur doğurucu hadisə idi.

Qürurverici hallarla yanaşı, hay-daşnak-bolşevik tör-töküntülərinə qarşı döyüşlərdə şəhid olmuş türk əsgər və zabitlərinin müqəddəs qəbirlərini ziyarət etdikdə nə qədər şərəf və doğmalıq hissi keçiriksə, bir o qədər də qəlbən ağrıyırıq, can yanğısı duyuruq.

Belə müqəddəs məkanlardan biri də Cəbrayıl rayonunun Çələbilər kəndi ərazisindədir. Bu kəndin qəbiristanlığında "Hacı Qaraman ocağı" yeri yaxınlığında 60-a qədər şəhid və naməlum türk döyüşçülərinin qəbri olub. Bu sayın çoxluğu onunla bağlıdır ki, 1918-1919-cu illərdə Qarabağın dağlıq hissəsinin Arazboyu yaşayış məntəqələrində (Cəbrayıl və Şuşa qəzaları daxilində) şəhid olmuş türk silahlıları burada dəfn ediliblər.

Bu illər ərzində qəzanın Şahvələdli kəndində hay-daşnakların təcavüzü daha ağır olduğundan, (bu hissədə qanlı döyüşlər bu kənddə daxil olmaqla Süleymanlı, Qışlaq, Balyan və ətraf kəndlərdə baş verib) şəhid olmuş türk əsgərlərinin sayı 50-yə çatıb. İndi naməlum olan bu şəhidlər kənd qəbiristanlığında həm ayrı-ayrı, həm də "Qardaşlıq məzarı"ında dəfn olunublar. Bu qəbirlər keçən əsrin 70-cı illərinədək salamat qalıb.