İddiaçılar turnirində ilk dövrə yekunlaşıb


İdman 20 Mar 2018 10:00:00 280 0

İddiaçılar turnirində ilk dövrə yekunlaşıb

Almaniyanın paytaxtı Berlindəki İddiaçılar turnirində II dövrəyə start verilib.

VIII tura təsadüf edən görüşdə Azərbaycanın yeganə təmsilçisi Şəhriyar Məmmədyarovun rəqibi rusiyalı Sergey Karyakin olub. Tərəflər 30-cu gedişdən sonra heç-heçəyə razılaşıblar. Məmmədyarov bu nəticədən sonra 5-ci xalını qazanıb. Turun daha 2 görüşündə heç-heçə qeydə alınıb. Aleksandr Qrişuk isə 7 saatlıq mübarizənin yekununda Vladimir Kramniki məğlub etməyi bacarıb.

Səkkiz turdan sonra Karuana - 5,5 xalla vahid liderdir. Məmmədyarov 5 xalla 2-ci, Qrişuk 4,5 xalla 3-cü, Din Lijen 4 xalla 4-cü yerdə qərarlaşıb. 5-6-cı pillələrdəki Karyakinlə Kramnikin hərəyə 3,5 xalı var. Son 2 pilləni isə hərəyə 3 xalı olan Aronyanla So bölüşür.

IX turda Məmmədyarov qara fiqurlarla Aronyana rəqib olacaq. Eyni zamanda Karuana - Din Lijen, So - Qrişuk və Karyakin - Kramnik qarşılaşmaları oynayılacaq.