Azərbaycana turistlər haradan gəlir, azərbaycanlılar turist kimi hara gedir?


Digərləri 20 Mar 2018 09:31:00 342 0

Azərbaycana turistlər haradan gəlir, azərbaycanlılar turist kimi hara gedir?

Rəsmi statistikaya görə, ötən il Azərbaycana dünyanın 187 ölkəsindən 2 milyon 700 min turist gəlib.

Dövlət Statistika Komitəsinin açıqlamasına görə, bu, 2016-cı illə müqayisədə 20 faiz çox olub.

Gələnlərin 65 faizə yaxını kişi, 35 faizi qadınlar olub.

Ötən il Azərbaycana Ərəb Körfəzi ölkələrindən gələnlərin sayı daha çox artıb.

Turistlər daha çox yayda Azərbaycanı seçiblər. İyulda gələnlərin sayı digər aylara nisbətdə daha çox olub. Fevral ayında isə daha az turist Azərbaycana gəlib.

Ötən il Azərbaycana Ərəb Körfəzi ölkələrindən gələnlərin sayı daha çox artıb.

2016-cı illə müqayisədə 2017-ci ildə ərəb ölkələrindən gələnlərin sayı 65 faiz artıb. Ərəb ölkələrindən 600 mindən çox turist Azərbaycana gəlib.

Elə Avropa İttifaqına üzv ölkələrdən gələnlər də artıb: 17 faiz artım bu ölkələrin payına düşür.