Əfqanıstanda 20 “Taliban” üzvü məhv edilib


Dünya 20 Mar 2018 09:16:00 242 0

Əfqanıstanda 20 “Taliban” üzvü məhv edilib

Əfqanıstan təhlükəsizlik qüvvələrinin əməliyyatı nəticəsində ölkənin cənubunda "Taliban" hərəkatının 20-dək döyüşçüsü öldürülüb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Əfqanıstan daxili işlər nazirliyinin yaydığı açıqlamada bildirilir.

Məlumata əsasən, əməliyyat Gilmənd əyalətində keçirilib. Yerli əhali və təhlükəsizlik qüvvələri arasında itki yoxdur. Əməliyyat nəticəsində terrorçulara məxsus çox sayda silah sursat müsadirə olunub.