Xarvi Vaynşteynin şirkəti özünü müflis elan edib


Dünya 20 Mar 2018 08:48:48 280 0

Xarvi Vaynşteynin şirkəti özünü müflis elan edib

Bu barədə sənədlər Delaver ştatı məhkəməsinə təqdim olunub

Hollivudun cinsi zorakılıq hallarında ittiham edilən kinoprodüseri Harvi Vaynşteynin təsisçisi olduğu "Weinstein Company" şirkəti özünü müflis elan edib. Bu barədə sənədlər Delaver ştatı məhkəməsinə təqdim olunub.

“Report” TASS-a istinadən xəbər verir ki, "Lantern Capital" firması "Weinstein Company"yə görə 300-320 milyon dollar ödəməyə hazırdır.

Vaynşteyn qardaşları martın 2-də bəyan ediblər ki, səhmdarlarla şirkət aktivlərinin əsas hissəsinin 500 milyon dollara satılmasını razılaşdırıblar.