"Səudiyyə qadınları ölkədə ənənəvi geyimdə gəzməyə bilərlər"


Digərləri 20 Mar 2018 08:52:00 262 0

"Səudiyyə qadınları ölkədə ənənəvi geyimdə gəzməyə bilərlər"

Hansı geyimi seçmək barədə qərar qəbul etmək qadınların müstəsna hüququ kimi müəyyən edilib

Səudiyyə qadınları bəzi detalları bədən və üz nahiyələrini tam olaraq örtən ənənəvi geyimdə gəzib-gəzməmək barədə müstəqil qərar verə bilərlər.

Son.az "Report"a istinadən bildirir ki, bunu CBS telekanalına istinadən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman deyib.

O bildirib ki, şəriət hökmlərinə görə, qadın, əslinə baxılarsa, kişilərdə olduğu kimi ətrafdakılara hörmət əlaməti olaraq abırlı geyinməldir.

Bununla belə, qeyd olunur ki, bu qaydalar toplusu qadınların bədən və üzlərini tam örtən paltarları geyinmək məcburiyyətində olduqlarını nəzərdə tutmur.