İki Bolqarıstan vətəndaşı Göygöldə


Digərləri 20 Mar 2018 08:48:00 228 0

İki Bolqarıstan vətəndaşı Göygöldə

Onlardan biri hadisə yerində, digəri isə xəstəxanada dünyasını dəyişib

Bakı-Qazax yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, rayonun Hacıməlik kəndində Bolqarıstan dövlət qeydiyyat nişanlı avtomobil yolun dəmir maneəsinə çırpılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Nəticədə sürücü və sərnişin ağır xəsarət alaraq keçinib. .

Hər iki şəxsin Bolqarıstan vətəndaşı olduğu bildirilir.