Şəkidə ağır qəza:


Digərləri 20 Mar 2018 08:27:00 221 0

Şəkidə ağır qəza:

Şəkidə ağır yol qəzası baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, Şəki şəhəri, Aşağı Küngüt kəndində "VAZ" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 2 nəfərin cəsədlərini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.