MDB uzunmüddətli müşahidə missiyasının üzvləri bu gün Bakıya gələcəklər


Digərləri 20 Mar 2018 08:00:00 169 0

MDB uzunmüddətli müşahidə missiyasının üzvləri bu gün Bakıya gələcəklər

Missiyaya MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katibi Sergey Lebedev rəhbərlik edəcək

 Müstəqil Dövlətlər Birliyinin (MDB) Azərbaycanda aprelin 11-də keçiriləcək Prezident seçkiləri üzrə uzunmüddətli müşahidə missiyasının üzvləri bu gün Bakıya gələcəklər.

MDB müşahidə missiyası qərargahının rəhbəri Yevgeni Slobodanın "Report"a verdiyi məlumata görə, missiyanın üzvləri günün ikinci yarısında paytaxta olacaqlar.

Qeyd edək ki, müşahidə missiyasına MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katibi Sergey Lebedev rəhbərlik edəcək.