Bakıda Türkiyə vətəndaşı qonaqlıq verdiyi dostu tərəfindən bıçaqlanıb


Sosial 20 Mar 2018 05:48:33 226 0

Bakıda Türkiyə vətəndaşı qonaqlıq verdiyi dostu tərəfindən bıçaqlanıb

Bıçaq zərbəsi onun ürək nahiyəsindən tutub

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1994-cü il təvəllüdlü Türkiyə vətəndaşı Altürk Mazlum Bül-Bül prospektində yerləşən restoranda azərbaycanlı dostu ilə qonaqlıqdan sonra mübahisə edib.

Nəticədə A.Mazlum ürək nahiyəsindən bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Yaralının yaxınlarının bildirdiyinə görə, zərərçəkmiş mərc oyununda ("Topaz") xeyli miqdarda pul qazanıb. Buna görə də, dostuna restoranda qonaqlıq verib.