"Uber"in pilotsuz maşını ABŞ-da piyadanı vuraraq öldürüb - VİDEO


Dünya 20 Mar 2018 04:19:12 329 0

"Uber"in pilotsuz maşını ABŞ-da piyadanı vuraraq öldürüb - VİDEO

Hadisə qadın piyadalar üçün nəzərdə tutulmayan yerdə yolu keçərkən baş verib

"Uber" şirkətinin pilotsuz avtomobili ABŞ-da piyadanı vurub.

“Report” "Bloomberg"ə istinadən xəbər verir ki, taksi sifarişi üzrə "Uber Technologies" xidməti avtomobillərdən birinin Arizona ştatında 49 yaşlı qadını vurub öldürməsindən sonra pilotsuz nəqliyyat vasitələrinin sınağını müvəqqəti olaraq dayandırıb.

Bildirilir ki, operator tərəfindən idarə olunan avtomobil qadını yolu piyadalar üçün nəzərdə tutulmayan yerdə keçərkən vurub.

Şirkətdən bildiriblər ki, hadisənin səbəblərinin araşdırılmasında yaxından iştirak edirlər və ölən şəxsin ailəsinə dərin hüznlə başsağlığı veriblər.