ABŞ Səudiyyə Ərəbistanı ilə 35 milyard dollarlıq sövdələşmə imzalaya bilər


Dünya 20 Mar 2018 03:14:26 250 0

ABŞ Səudiyyə Ərəbistanı ilə 35 milyard dollarlıq sövdələşmə imzalaya bilər

Bu, ölkədə 120 min yeni iş yerinin açılması deməkdir

Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanı ilə dəyəri 35 milyard dollar olan sövdələşmə imzalamaq niyyətindədir.

“Report” xəbər verir ki, bunu Vaşinqton administrasiyasının nümayəndəsi brifinqdə deyib.

"Vəliəhd şahzadə (Məhəmməd bin Salman) Vaşinqtonda olduğu müddətdə, biz yerli şirkətlərlə ölkədə 120 min nəfəri yeni işlə təmin edə biləcək 35 milyard dollarlıq sövdələşmələrin imzalanması mövqeyindən çıxış edəcəyik", - deyə TASS administrasiya nümayəndəsinin sözlərini sitat gətirib.