Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinin 8-ci turunda heç-heçə edib


Digərləri 20 Mar 2018 02:36:48 261 0

Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinin 8-ci turunda heç-heçə edib

Bu gün şahmat üzrə İddiaçılar Turnirinin səkkizinci turu keçirilib

Bakı. Bu gün şahmat üzrə İddiaçılar Turnirinin səkkizinci turu keçirilib. Trend-in məlumatına görə, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov tur çərçivəsində keçirilən oyunda rusiyalı Sergey Karyakin ilə görüşüb. Oyun heç-heçə başa çatıb. Məmmədyarov 5 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Birinci yerdə ABŞ təmsilçisi Fabiano Karuana, 3-cü isə rusiyalı qrossmeyster Aleksandr Qrişükdur.