Göygöldə sərxoş piyadanı avtomobil vurub


Sosial 20 Mar 2018 00:25:40 234 0

Göygöldə sərxoş piyadanı avtomobil vurub

Yaralı sürücü tərəfindən xəstəxanaya aparılıb

Göygöl rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1984-cü il təvəllüdlü Gəncə şəhər sakini Xirelendi Elgün Aslan oğlu sərxoş halda "Mal bazarı" adlanan ərazinin yaxınlığında "VAZ" markalı avtomobil tərəfindən vurulub.

Yaralı şəxs sürücü tərəfindən xəstəxanaya aparılıb. Vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.