Həyat yoldaşını qətlə yetirən şəxsin apellyasiya şikayətinə baxılıb


Kriminal 19 Mar 2018 23:55:00 245 0

Həyat yoldaşını qətlə yetirən şəxsin apellyasiya şikayətinə baxılıb

Şirvan Apellyasiya Məhkəməsində Lənkəran rayonunda həyat yoldaşını qətlə yetirən şəxsin apellyasiya şikayətinə baxılıb.

Son.az APA-ya istinadən bildirir ki, hakim  Kamil Bəşirovun sədrliyi ilə keçirilən prosesdə Əliyev Rüfət Akif oğlunun apellyasiya şikayətinə baxılıb. Bundan əvvəl məhkəmə R.Əliyevə psixiatrik ekspertiza təyin edilməsi barədə qərar qəbul edib və ekspertizanın rəyi məlum olana qədər məhkəmə prosesi təxirə salınıb. Əldə olunan ekspertizanın nəticələrinə görə, təqsirləndirilən şəxs anlaqlı olduğu müəyyən edilib və  apellyasiya şikayətinə baxılması üçün məhkəmə prosesi davam etdirilib. Apellyasiya şikayəti təmin edilməyib. Beləliklə, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2017-ci ilin mart ayında Lənkəran rayonunun Səpnəkəran kəndində, həmin kəndin sakini, 1968-ci il təvəllüdlü Əliyev Rüfət Akif oğlu həyat yoldaşı, orta məktəb müəlliməsi, 1969-cu il təvəllüdlü Əliyeva Maygül Daməd qızını bellə vurub öldürdükdən sonra hadisə yerindən qaçıb. Sonradan o, saxlanılaraq istintaqa təhvil verilib.