25 yaşlı oğlan bıçaqlanıb


Kriminal 19 Mar 2018 22:58:00 319 0

25 yaşlı oğlan bıçaqlanıb

Balakəndə 25 yaşlı oğlan bıçaqlanıb.

Son.az APA-ya istinadən bildirir ki, bu gün axşam saat 19 radələrində Balakən şəhər, N. Nərimanov küçəsi ev 45 ünvanında yaşayan 1993-cü il təvəllüdlü İsrafil Fərhad oğlu Əliyev bıçaq yarası xəsarəti ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan verilən məlumata görə, müayinə zamanı 25 yaşlı İsrafil Əliyevə döş qəfəsinin sağ tərəfinin arxa hissəsinin kəsilmiş-deşilən və daxilə nüfuz edən bıçaq yarası dioqnozu qoyulub. İsrafil Əliyevin üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.