Malinin Barselonadakı fəxri konsulunun həyat yoldaşı girov götürülüb


Dünya 19 Mar 2018 22:48:08 311 0

Malinin Barselonadakı fəxri konsulunun həyat yoldaşı girov götürülüb

Polis kişinin silahsız olduğunu deyir

Malinin Barselonadakı fəxri konsulluğunda naməlum şəxs bir qadını girov götürüb, hazırda onunla danışıqlar aparılır.

“Report” xəbər verir ki, bu barədə Kataloniyanın "Mossos d'Esquadra" hüquq-mühafizə qüvvələrinin "Twitter" səhifəsində məlumat yerləşdirilib.

Bildirilir ki, girov götürülən qadın Malinin fəxri konsulunun həyat yoldaşıdır. Onu girov götürən də Maldivdəndir və inzibati vəziyyətinin nizama salınmasını tələb edir. Polisin məlumatına görə, kişinin şəxsiyyəti müəyyən edilib və o, silahsızdır.