"Avropa İttifaqı İranla razılaşmasını..."


Dünya 19 Mar 2018 22:40:00 236 0

"Avropa İttifaqı İranla razılaşmasını..."

Avropa İttifaqı İranla razılaşmasını qətiyyətlə qorumaq niyyətindədir, ittifaqa üzv ölkələrin xarici işlər nazirlərinin görüşü bu vahid mövqeni bir daha nümayiş etdirdi.

Son.az APA-ya istinadən bildirir ki, bunu Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Moqerini bəyan edib.

"Nüvə razılaşmasının qorunması üzrə danışıqlar masasının arxasında birlik gördüm. Biz əlimizdən gələni etməliyik ki, bütün tərəflər sazişin yerinə yetirilməsinə sadiq qalsın", deyə F.Moqerini qeyd edib.