Bakıətrafı qatarlar nə vaxt işləyəcək? Cavid Qurbanov açıqladı VİDEO


Digərləri 19 Mar 2018 22:35:00 284 0

Bakıətrafı qatarlar nə vaxt işləyəcək?  Cavid Qurbanov açıqladı  VİDEO

Bakıətrafı dəmiryol xəttinin çəkilməsi və tam istismara verilməsi ən az 4 il vaxt aparacaq. Xətt boyunca isə 23-26 yeni stansiyanın inşa edilməsi planlaşdırılır. Son.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar cəmiyyətinin sədri Cavid Qurbanov deyib. O, bir sıra stansiyaların kənarında böyük avtobus dayanacaqlarının yaradılacağını da açıqlayıb.

Yeni xətlərdə Avropadan gətirilən ən müasir sərnişin qatarlarından istifadə olunacağını deyən Cavid Qurbanov Bakıətrafı dəmiryol şəbəkəsinin əhatə edəcəyi ərazi barədə də açıqlama verib.

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar cəmiyyətinin sədri Bakı-Tbilisi-Qars dəmiryolu xəttinə çoxsaylı ölkələrin böyük maraq göstərdiyini və artıq gələn ay Avropadan şərqə gedəcək ilk qatarın Bakıya gələcəyini də vurğulayıb. Onun sözlərinə görə, yeni dəmiryol xətti ilə yüklərin daşınması ucuz başa gəldiyindən indi hər kəs bu yoldan istifadə eləməyə üstünlük verir.