Türkiyədə yaşayan azərbaycanlı aktrisa: "Övladlarımın üzünü görmürəm" FOTO


Kriminal 19 Mar 2018 21:25:00 318 0

Türkiyədə yaşayan azərbaycanlı aktrisa: "Övladlarımın üzünü görmürəm"  FOTO

Əməkdar incəsənət xadimi Məlahət Abbasovanın Son.az-a müsahibəsi.

- Məlahət xanım, sizi yenidən doğma Bakıda görməyimizə şadıq. Bu dəfə hansı qonaqla gəlmisiniz?

- Çox sağ olun, diqqətinizə görə təşəkkür edirəm. Mən 28 ildir ki, Türkiyədə yaşayıram. Mən həm də İstanbul Şəhər Teatrında aktrisa, bədii rəhbər vəzifəsində çalışıram. Demək olar ki, bütün televiziya kanalları hansı məşhurla görüşmək istəyibsə, mənə zəng edib. Sizin seriallardan gördüyünüz, tanıdığınız aktyorların 80 faizi bizim teatrda çalışır. Onlar həmişə məni görəndə deyirdilər ki, Məlahət, bizi nə vaxt Bakıya aparırsan? Məndə belə bir ideya yarandı. Hamısından da soruşdum ki, sizi Bakıya verilişimə dəvət etsəm, gələrsiniz? Bu əslində bir növ bizim aktyorların və teatrlarımızın da tanıtımıdır. Mənə də bu lazım idi ki, biz onların məşhurlarını tanıyırıq, onlar da bizim məşhurları tanısınlar. Bakıya sonuncu dəfə aktyor Emil Olcay və Hüseyn Avni Danyalı gətirdim.

- Hal-hazırda Türkiyədə nə kimi işlər görürsünüz?

- Teatrda direktorun müavini vəzifəsindəyəm. Həm aktrisalıq edirəm, həm də tamaşaya quruluş verirəm. Bu teatr Avropa və Asiyanın ən böyük teatrıdır. 1000-ə yaxın işçimiz var. Bu cür böyük teatrda çalışmaq həqiqətən də qürurvericidir.

- Bakıdakı teatrlardan dəvət gəlsə, gəlib işləyərsiniz?

- Tamaşa qoymağa gələrəm (gülür).

- Azərbaycanda hal-hazırda yayımlanan serialları izləyirsiniz?

- Keçən həftə yeni nəsili tanımaq üçün bir neçə serialı izlədim. "Ögey ana", "Vicdan haqqı" seriallarına baxdım, çox gözəldir. Mən inanıram ki, bundan da yaxşı olacaq. Siz bilirsiniz ki, serial istehsalına görə Türkiyədə dünyada birinci yerdədir. Azərbaycanda da seriallar arasında böyük rəqabət var. Qısqanclıq olmasın, xainlik olmasın, amma rəqabətin olması gözəldir.

- Bu gün əksər gənclər istəyir ki, xaricə gedib, orada uğur qazansınlar. Həqiqətənmi Türkiyəyə gedib, orada tanınmaq asandır?


Xəbərə aid fotolar