"Toppuş bacı" əsəbləşdi: "Tamaşaçı mənim evimdəki mebeli görməsə, sənətimi izləməyəcək?" FOTO


Şou-biznes 19 Mar 2018 21:10:00 330 0

"Toppuş bacı" əsəbləşdi: "Tamaşaçı mənim evimdəki mebeli görməsə, sənətimi izləməyəcək?"  FOTO

Əməkdar artist Tünzalə Əliyevanın Son.az-a müsahibəsi.

- Tünzalə xanım, hal-hazırda ən baxımlı seriallardan biri olan "Qardaşlar"da çəkilirsiniz. Obrazınız Durnanın hər cümləsində zadəganlığınızdan danışırsınız. Maraqlıdır, aktrisalar zadəgan həyatı yaşaya bilirlər?

- Başqalarını deyə bilmərəm, amma mən yaşayıram. Şəxsən mən bir zadəgan kimi yaşayıram (gülür).

- Heç olubmu ki, hansısa rolu təmənnasız oynayasız?

- Teatrda?

- Fərq etməz, serialda, yaxud filmdə?

- Seriallara əgər qonaq aktrisa kimi gəlirsənsə, sən orAdan maaş almırsan, çünki qonaqsan. Amma dəfələrlə çıxış edirsənsə, sən mütləq şəkildə qonorar almalısan. Bir aktrisa kimi mənim, hələ ki, seriallarda haqqım yeyilməyib.

- Deməli, "Qardaşlar" serialından razısız?

- Biri var seriala çəkilmək xətrinə setə gələsən, biri də var istirahət etməyə. Mən "Qardaşlar" serialına istirahət etməyə görə gəlirəm. Burada aktyorlara çox gözəl münasibət var.

- Heç olubmu aktrisalığı seçdiyiniz üçün peşman olasınız?

- Xeyr, belə hal olmayıb. Bu sənət mənə hər şeyi verib.

- Hardan başlamısız?

- Əvvəllər Gəncədə bir klub var idi, içində dərzilik, aktrisa kursları var idi. Tanınmış simalardan bir çoxları o klubdan üzə çıxıb. Bax hər şey elə oradan başladı.

- Tünzalə xanım həyatda necə insandır?

- Bir az dəli, bir az deyib-gülən. Öz evimin içində olmağı sevən bir insanam. Neçə ildir ki, belədir, iş bitdi, evdəyəm.


Xəbərə aid fotolar