“Ədəbi üfüqlər”in qaliblərinin sözlərinə yazılmış mahnılardan ibarət konsert keçirildi


Kriminal 19 Mar 2018 20:57:00 259 0

“Ədəbi üfüqlər”in qaliblərinin sözlərinə yazılmış mahnılardan ibarət konsert keçirildi

16 mart Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Televiziyasının Mədəniyyət kanalının və Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə layihəsi olan "Ədəbi üfüqlər" adlı poeziya müsabiqəsinin qaliblərinin sözlərinə yazılmış mahnılardan ibarət konsert keçirildi. Tədbirdə ön söz olaraq Mədəniyyət kanalının direktoru Ramil Qasımov çıxış edərək belə müsabiqələrin keçirilməsinin çox önəmli olduğunu vurğuladı. Həmçinin keçirilən bu poeziya müsabiqəsin bəstəkarlar üçün də yeni əsərlərin yaranmasıda böyük rol oynadığını qeyd etdi.

Müsabiqədə qalib gələn şairlərin sözlərinə yazılan mahnılar arasında həm gənc, həm də artıq kifayət qədər tanınmış bəstəkarlar yeni əsərlər yaratmış və bu nömrələr həmin gecədə səslənmişdir. Gecədə həmçinin Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi də çıxış edərək qalib şairləri təbrik etdi və gələcəkdə də belə layihələrin keçirilməsinin tərəfdarı olduğunu vurğuladı.


Xəbərə aid fotolar