Çavuşoğlu Azərbaycana gəlir


Siyasət 19 Mar 2018 20:25:00 220 0

Çavuşoğlu Azərbaycana gəlir

Türkiyənın xarici işlər naziri Mövlud Çavuşoğlu gələn ay Azərbaycana gələcək.

Son.az APA-ya istinadən bildirir ki, o, aprelin 5-6-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının nazirlər konfransına qatılacaq.

Qeyd edək ki, Türkiyə Qoşulmama Hərəkatının üzvü deyil.

Xatırladaq ki, M. Çavuşoğlu martın 15-də Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçirilən ilk dördtərəfli görüşündə və VI Qlobal Bakı Forumunda iştirak edib.

Son.az