Ərdoğan: Türkiyə ordusu İraqa da daxil ola bilər


Digərləri 19 Mar 2018 19:48:00 327 0

Ərdoğan: Türkiyə ordusu İraqa da daxil ola bilər

Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatı ilə mübarizə məqsədilə İraqın şimalına Sincar şəhərinə daxil ola bilərlər.

Son.az Trend-ə istinadən bildirir ki, belə bir bəyanatla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

R.T.Ərdoğanın sözlərinə görə, Türkiyə hökuməti dəfələrlə bəyan edib ki, PKK Türkiyə və İraq üçün təhlükə mənbəyidir.