Türkiyədə 70 milyon dollarlıq radioaktiv maddə müsadirə edildi


Dünya 19 Mar 2018 18:42:00 281 0

Türkiyədə 70 milyon dollarlıq radioaktiv maddə müsadirə edildi

Türkiyə paytaxtı Ankarada keçirilən əməliyyat nəticəsində dəyəri 70 milyon dollar olan kalifornium maddəsi aşkarlanaraq götürülüb.

Son.az report-a istinadən xəbər verir ki, kalifornium (Cf) radioaktiv kimyəvi elementdir. 

Bu maddə ilk dəfə 1950-ci ilə ABŞ-da Kaliforniya Universitetirində əldə edildiyi üçün bu ali təhsil ocağının şərəfinə "kalifornium" adlandırılıb. Həmin maddədən nüvə silahlarının başlıqlarında və Atom Elektrik Stansiyalarında istifadə olunur. Onun bir qramı 4 milyon dollardır.