“Azərişıq” işçi axtarır


Digərləri 19 Mar 2018 18:22:17 212 0

“Azərişıq” işçi axtarır

“Azərişıq” ASC Sabirabad Elektrik Şəbəkəsində enerji satışı mütəxəssisləri üzrə nəzarətçi-mühəndislərin işə qəbulunu elan edir.

Bakı. “Azərişıq” ASC Sabirabad Elektrik Şəbəkəsində enerji satışı mütəxəssisləri üzrə nəzarətçi-mühəndislərin işə qəbulunu elan edir. ASC-dən Trend-ə verilən məlumata görə, nəzarətçi-mühəndislər elektroenergetika və digət texniki ixtisaslar üzrə ali təhsilli olmalıdır. İşə qəbul Səhmdar Cəmiyyətin “İşə Qəbul Komissiya”sı tərəfindən test və müsahibə yolu ilə həyata keçiriləcək. Sənədlər 2018-ci il mart ayının 27-28 tarixlərində Sabirabad şəhəri, Muğan prospektində yerləşən Şabirabad Elektrik Şəbəkəsinin inzibati binası və “Azərişıq” ASC-nin Bakı şəhəri, Bakıxanov-13 küçəsində yerləşən Səhmdar Cəmiyyətin Kadrlar İdarəsində qəbul olunacaq.