DİM ən yüksək müsabiqə vəziyyətinin yarandığı qurumların adlarını açıqladı


Digərləri 19 Mar 2018 18:00:00 256 0

DİM ən yüksək müsabiqə vəziyyətinin yarandığı qurumların adlarını açıqladı

Aprelin əvvəllərindən etibarən 7 və 8 fevral 2018-ci il tarixlərində elan edilmiş inzibati icraçı (B növ) vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün qeydiyyatdan keçmiş namizədlərlə müsahibələrin keçirilməsi nəzərdə tutulur.

Dövlət İmtahan Mərkəzindən Son.az-a verilən məlumata görə, 7 fevral 2018-ci ildə elan edilmiş müsahibəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan 518 vakant inzibati icraçı vəzifə (BB qrupu) təqdim olunub. 8 fevral 2018-ci ildə elan edilmiş müsahibəyə isə mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanlarında ümumilikdə 11 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 192 vakant icraçı vəzifə (BA və BB vəzifə qrupları üzrə) təqdim olunub.

Müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat bir ay davam edib. Qeydiyyatla bağlı bəzi statistik məlumatları təqdim edirik.

7 fevral tarixində elan olunmuş müsahibədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 518 vakant inzibati icraçı vəzifəsinə (BB qrupu) 1375 müraciət qeydə alınıb. 1 yerə düşən ərizələrin orta sayı 2.65-dir. Lakin 160 vakant vəzifə üzrə heç bir müraciət qeydə alınmayıb. Rayonlarda olan vakant vəzifələr üzrə işləmək istəyənlərin sayı aşağıdır. Müraciət edənlər əsasən Bakı şəhərində yerləşən struktur bölmələr üzrə qeydiyyatdan keçiblər.

Ən yüksək müsabiqə vəziyyəti Dövlət Sosial Müdafiə Fondu, Yasamal rayon şöbəsi, Sosial xidmət sektoru, aparıcı məsləhətçi (1 yerə 42 namizəd), Dövlət Sosial Müdafiə Fondu, Binəqədi rayon şöbəsi, Sosial sığorta sektoru məsləhətçi (1 yerə 35 namizəd), Dövlət Məşğulluq Xidməti, Yasamal rayon Məşğulluq Mərkəzi, Aktiv məşğulluq tədbirləri sektoru aparıcı məsləhətçi (1 yerə 35 namizəd), Dövlət Məşğulluq Xidməti, Nizami rayon Məşğulluq Mərkəzi, İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektoru məsləhətçi (1 yerə 32 namizəd), Dövlət Məşğulluq Xidməti, Səbail rayon Məşğulluq Mərkəzi, Aktiv məşğulluq tədbirləri sektoru məsləhətçi (1 yerə 30 namizəd), Dövlət Məşğulluq Xidməti, Nəsimi rayon Məşğulluq Mərkəzi, İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektoru məsləhətçi (1 yerə 30 namizəd) vəzifəsi üzrə formalaşıb.