Batşuayi "Borussia"nın tarixinə düşdü


İdman 19 Mar 2018 17:21:00 288 0

Batşuayi "Borussia"nın tarixinə düşdü

Dortmund “Borussia”sının hücumçusu Mişi Batşuayi klub rekordunu təkrarlayıb.

Goal.az xəbər verir ki, Almaniya Bundesliqasının 27-ci turunda doğma meydanda “Hannover”i minimal hesabla məğlub edən “sarı-qaralar”ın yeganə qoluna belçikalı hücumçu imza atıb. Batşuayi bu qolla klub rekordunu yeniləyib. Belə ki, forvard Dortmund təmsilçisinin heyətində Bundesliqada keçirdiyi 7 oyunda 6-cı qoluna imza ataraq, Fridxel Konitskanın 1963-cü ildəki nəticəsini təkrarlayıb.

Xatırladaq ki, Batşuayi yanvarda “Chelsea”dən mövsümün sonuna kimi icarəyə götürülüb.