""Zeytun budağı" hələ başa çatmayıb"


Dünya 19 Mar 2018 17:05:00 308 0

""Zeytun budağı" hələ başa çatmayıb"

Türkiyə "Zeytun budağı" antiterror əməliyyatını hələ başa çatdırmayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

O qeyd edib ki, hazırda Türkiyə Silahlı Qüvvələri "Zeytun budağı" əməliyyatı çərçivəsində Afrində küçə və meydanların minalardan təmizlənməsi işləri görür.