"Qarabağ" fasilədən qayıdıb


İdman 19 Mar 2018 16:32:00 207 0

"Qarabağ" fasilədən qayıdıb

Azərbaycan Premyer Liqasının XX turunda "Neftçi"ylə oyundan sonra istirahətə buraxılan "Qarabağ" bu gün klubun bazasında bir araya gəlib. Goal.az xəbər verir ki, futbolçular saat 11:00-da məşqə çıxaraq aprelin 1-i baş tutacaq "Keşlə"ylə oyunun hazırlığına start verib. Milli komandamızda yer alan futbolçular məşqdə iştirak etməyib. Əvəzedici heyətin bir neçə üzvü də komandayla məşqə çıxıb.