Məşhurların Novruz xatirələri:


Şou-biznes 19 Mar 2018 16:16:00 231 0

Məşhurların Novruz xatirələri:

Şou-biznes nümayəndələri Novruz bayramında başlarına gələn maraqlı hadisələrdən danışıblar.

Son.az axşam.az-a istinadən xəbər verir ki, məşhurlar "Xəzər maqazin"ə açıqlamasında xatirələrini bölüşüblər: 

Əməkdar artist Abbas Bağırov: "Bir dəfə papaq atdım, gözlədim şəkərbura, paxlava qoysunlar. Amma mürəbbə tökmüşdülər papağıma".

Aşıq Telli Borçalı: "Əmimgilə getdim ki, qapını pusum. 20 dəqiqə gözlədim danışmadılar. Qulağımı lap dirədim qapıya ki, bəlkə nəsə eşidərəm. Həmin an bibim qapını açdı və yıxıldım içəri".

Xalq artisti Faiq Ağayev: "Bu günümü həll edən qulaq falı olub. Tibb Universitetində oxuyurdum, incəsənətə istəyirdim. Qərar verdim ki, gedim qulaq falına, görüm nə olacaq. Yaxınlaşdım qapıya, eşitdim deyir, gəl da gəl, səni gözləyirik. Başa düşdüm ki, məni incəsənətdə gözləyirlər". Müğənni Elnarə Xəlilova: "Universitetə daxil olmağım, ailə qurmağım Novruz falında məlum olmuşdu".