OPEC-in baş katibi: "Azərbaycan hasilatın azaldılması razılığında önəmli rol oynayır"


İqtisadiyyat 19 Mar 2018 16:05:43 304 0

OPEC-in baş katibi: "Azərbaycan hasilatın azaldılması razılığında önəmli rol oynayır"

Məhəmməd Barkindo Azərbaycan rəhbərliyinə təşəkkür edir

 Azərbaycan Neft İxrac Edən Ölkələr (OPEC) və qeyri-OPEC üzvlərinin neft bazarını sabitləşdirmək üçün neft hasilatının azaldılması razılığında önəmli rol oynayır.

"Report" xəbər verir ki, bunu Bakıda səfərdə olan OPEC-in baş katibi Məhəmməd Barkindo bildirib.

"Bakıda çox məhsuldar görüşlər keçirdik. Prezident İlham Əliyevlə və energetika naziri Pərviz Şahbazovla görüşdük. Azərbaycana bazarda qiymətlərin sabitləşməsi üçün razılığa qoşulduğuna və öhdəliyinə əməl etdiyinə görə təşəkkür edirik", - deyə o, qeyd edib.