Qanunsuz silah gəzdirən şəxslər saxlanıldı


Digərləri 19 Mar 2018 16:08:00 229 0

Qanunsuz silah gəzdirən şəxslər saxlanıldı

Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Məhəmməd Dəmirov saxlanılıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş "Makarov" markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron aşkar edilib.

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.