"Azərbaycan musiqisini bayağılıqdan təmizləmək üçün bu adı seçmişik" VİDEO – FOTO


Şou-biznes 19 Mar 2018 15:38:00 312 0

"Azərbaycan musiqisini bayağılıqdan təmizləmək üçün bu adı seçmişik"  VİDEO – FOTO

ARB TV-nin "Səhər - Səhər" verilişinin növbəti qonaqları Dezz'N Surreal qrupu olub.

Son.az bildirir ki, qrup rəhbəri Yusif Abbaslı Azərbaycan musiqilərini bayağılıqdan təmizləmək üçün bu adı seçdiklərindən danışıb:  

"Qrup 2016-cı ildə yaranıb. Qrup yarananda 2 nəfər idik. Mən idim bir də Emin Əlizadə, solo-gitaristimiz. Heç düşünməmişdik ki, vaxt gələr verilişlərə çıxarıq. Biz sadəcə dost-tanış, ətrafı yığmaq idi. Bizim "Tarqovu"da ara küçələrdə getdiyimiz "pub"lar var. Deyirdik orda mahnılar oxuyardıq. Sonra birdən-birə əlavə bas gitarist oldu, bir tərəfdən drammer gəldi, sonra Nurlan müəllimi tanıdıq. Qrup tamamilə kökündən dəyişdi. 2 "z" əslində bir "z" hərfi ilə bağlıdır. Dezinfeksiya sözü ilə bağlıdır. Sırf Azərbaycan musiqisini bayağılıqdan təmizləmək üçün".


Xəbərə aid fotolar