Zakir Həsənov hospitalda müalicə olunan hərbçilərə baş çəkdi FOTO


Digərləri 19 Mar 2018 15:12:00 247 0

Zakir Həsənov hospitalda müalicə olunan hərbçilərə baş çəkdi  FOTO

Müdafiə Nazirliyinin rəhbər heyəti Novruz bayramı ilə əlaqədar Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.

Nazirliyin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, əvvəlcə hərbi tibb müəssisəsinin həyətində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, ehtiram ifadə edilib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov hospitalda müalicə alan şəxsi heyətlə görüşərək onların səhhəti ilə maraqlanıb. Hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları arzu olunub.


Xəbərə aid fotolar